Gürcüstan XİN: "Ukraynadan münasibətlərin normallaşdırılması üzrə addımlar gözləyirik"
Tarix: 25-05-2020 15:27 | Bölmə: Dünya
Gürcüstan XİN:  "Ukraynadan münasibətlərin normallaşdırılması üzrə addımlar gözləyirik"

Gürcüstanın Xarici İşlər Nazirliyində (XİN) ölkənin Ukraynadakı səfiri Teymuraz Şaraşenidze ilə aparılan məsləhətləşəmələr başa çatıb.

Bu barədə XİN-dən bildirilib.

Qeyd olunub ki, Gürcüstan Ukraynadakı hadisələrin inkifaş prosesini izləyəcək:

“Ukrayna hökumətinin Gürcüstanla münasibətlərin normallaşdırılması baxımından hansı addımlar atacağınını müşahidə edəcəyik və daha sonra səfirin Ukraynaya qayıtma tarixi barədə qərar qəbul edəcəyik”.

XİN bildirib ki, səfirin məsləhətləşmələr üçün Tbilisiyə çağırılması iki ölkə arasında diplomatik münasibətlərin dayandırılması demək deyil: “Gürcüstan-Ukrayna strateji tərəfdaşlıq münasibətlərinə yenidən baxılma planlaşdırılmayıb. Gürcüstan Ukrayna ilə bir sıra strateji məsələlər üzrə birgə fəaliyyəti və əməkdaşlığı davam etdirir”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər