Qırğızıstanda 27 tibb işçisi koronavirusa yoluxub
Tarix: 28-05-2020 14:22 | Bölmə: Dünya
Qırğızıstanda 27 tibb işçisi koronavirusa yoluxub

Qırğızıstanda COVID-19-dan 1066 xəstə sağalıb, 16-sı isə ölüb.

Reyting.a
z xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, son 24 saat ərzində ölkədə bu virusa yoluxanların sayı 27-si tibb işçisi olmaqla 74 nəfər artaraq 1594-ə çatıb. Bunların da 827-si qadın, 767-si kişidir. Xəstəliyə yoluxan 15 yaşına qədər uşaqların sayı 212 nəfərdir, onların 23-ü isə bir yaşına qədər olan körpələrdir.

Ölkədə koronovirusa yoluxan tibb işçilərinin sayı 326 nəfərdir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər