10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Belçikada koronavirusa yoluxanların sayı 58 mini keçib
Tarix: 29-05-2020 16:24 | Bölmə: Dünya
Belçikada koronavirusa yoluxanların sayı 58 mini keçib

Son sutka ərzində Belçikada koronavirusa yoluxanların sayı 212 nəfər olub. Bununla da ölkədə ümumi yoluxma hallarının sayı 58 061-ə çatıb.

Bu barədə Belçikanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, virusun yayılması tədricən yavaşlayır.

Məlumata görə, son sutka ərzində Belçikada 42 nəfər koronavirusdan ölüb. Ölkədə virus qurbanlarının ümumi sayı isə 9 430-a çatıb.

Xatırladaq ki, Belçikada mayın 4-dən etibarən təcridetmə tədbirləri mərhələli şəkildə ləğv olunur. Əhaliyə tibbi maskalar taxmaq tövsiyə olunur, ictimai nəqliyyatda maska taxmaq icbaridir. Daha əvvəl səlahiyyətlilər ölkədə virusdan ölüm hallarının pik nöqtəsinin aprelin 12-də qeydə alındığını, o zamandan bəri ağır xəstələrin və ölüm hallarının tədricən azalmasına davamlı meyl olduğunu açıqlayıb/Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}