ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır
Tarix: 01-06-2020 18:31 | Bölmə: Dünya
ATƏT ABŞ-da jurnalistlərə qarşı zorakılıqdan narahatdır

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Desir ABŞ-da keçirilən etiraz aksiyalarını işıqlandıran jurnalistlərə qarşı zorakılıq hallarına diqqət yönəldərək bunlara son qoymağa çağırıb.

Məsələ ilə bağlı verdiyi açıqlamada diplomat bildirib:

“Son günlər Birləşmiş Ştatlarda etiraz aksiyalarını işıqlandıran jurnalistlərə qarşı polis və nümayişçilər tərəfindən hücum hallarının artmasından dərin narahatlıq keçirirəm. Belə halların bir çoxunda polis tərəfindən rezin güllə, bibər qazı güllələri, gözyaşardıcı qaz və bibər spreyi tətbiqi də daxil olmaq şərtilə zor işlətmək və saxlamalar, habelə etirazçılar tərəfindən zorakılıq halları qeydə alınıb. Mən hakimiyyət nümayəndələrini təmkin göstərərək jurnalistlərin ictimai etirazlarını işıqlandırmaq üçün təhlükəsiz çalışmalarını təmin etməyə çağırıram. Azad mətbuat həmişə etibarlı rol oynamalı, jurnalistlər zorakılıq, həbs, hədə qorxu ilə üzləşmədən sərbəst şəkildə məlumat ötürməlidirlər”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər