Putinə işgəncə verənlərə cinayət işi açılıb
Tarix: 03-06-2020 17:06 | Bölmə: Dünya
Putinə işgəncə verənlərə cinayət işi açılıb

Tver bölgəsində 9 nömrəli islah koloniyasında cəza çəkən məhkum Vasili Putinə işgəncə verilməsi ilə bağlı cinayət işi açılıb.

Reyting.az
“Facebook”-a istinadla xəbər verir ki, bu barədə öz səhifəsində Gulagu.net layihəsinin yaradıcısı Vladimir Oseçkin məlumat verib.

Hüquq müdafiəçisi, 2016-cı ilin dekabrına aid videoda koloniya zabitlərinin məhkum Putini döydüyü əks olunub. O, tualetlərdə təmizlik işləri görərkən işgəncəyə məruz qalıb.

Videonun təsvirindən belə çıxır ki, məhbus Putin şok keçirib. Lakin koloniya əməkdaşları onu döyməyə davam edib.

Gulagu.net-in məlumatına görə, zorakılıq və xüsusi vasitələrdən istifadə etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə (Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsinin a, b bəndləri) ilə cinayət işinin icraatına başlanılıb.

Hələlik bu işdə şübhəli şəxslər yoxdur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər