Soyqırımın təşkilatçısı BMT tribunalına təhvil veriləcək
Tarix: 03-06-2020 17:31 | Bölmə: Dünya
Soyqırımın təşkilatçısı BMT tribunalına təhvil veriləcək

Fransa məhkəməsi Ruanda soyqırımında təqsirləndirilən Felisyen Kabuqanın BMT tribunalına təhvil verilməsi ilə bağlı qərarı təsdiqləyib.

"France 24"ün verdiyi xəbərə görə, F. Kabuqa BMT prokurorları tərəfindən soyqırımı və soyqırımı törətməyə təhrik etmədə ittiham edilib.

O, 1994-cü ildə 800 000 tutsi və mötədil hutuları kütləvi surətdə qıran etnik Hutu hərbçilərini maliyyələşdirmək və silahlandırmaqda ittiham olunur.

F. Kabuqa indiyədək Keniya, İsveçrə və daha sonra Fransada gizlənib. May ayının 16-da tutulan 84 yaşlı F. Kabuqa Paris ətrafında saxta adla yaşayıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər