ABŞ Bəşər Əsəd və suriyalı rəsmilərə sərt sanksiyalar tətbiq edib
Tarix: 17-06-2020 18:04 | Bölmə: Dünya
ABŞ Bəşər Əsəd və suriyalı rəsmilərə sərt sanksiyalar tətbiq edib

ABŞ Suriya Prezidenti Bəşər Əsəd və suriyalı rəsmilərə sərt sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.

Dekabr ayında ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan "Ceasar" Suriya Mülki Mühafizə Aktına əsasən, sanksiya tətbiq olunanların adını açıqlayan ABŞ Dövlət katibi Mayk Pompeo növbəti həftə və aylarda daha çox sanksiyaların gözlənildiyini bildirib.

“Əsəd və onun rejimi Suriya xalqına qarşı lazımsız, qəddar müharibəni dayandırmayana və Suriya hökuməti münaqişənin siyasi həllinə razı olana qədər biz də dayanmayacağıq”, - deyə M. Pompeo vurğulayıb.

ABŞ Dövlət katibinin sözlərinə görə, ilk dəfə B. Əsədin xanımı Əsma Əsədə qarşı da bu sərt sanksiyalar tətbiq olunacaq.

M. Pompeo qeyd edib ki, B. Əsəd və Ə. Əsəd də daxil olmaqla, sanksiya tətbiq olunan 39 şəxs və şirkət münaqişənin dinc siyasi həllinə mane olmaqda əsas rol oynayıblar/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər