İran Donald Trampı beynəlxalq axtarışa verib
Tarix: 29-06-2020 15:46 | Bölmə: Dünya
İran Donald Trampı beynəlxalq axtarışa verib

İranın Ali Məhkəməsi ABŞ prezidenti Donald Trampın “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilməsini istəyib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Tehran prokuroru Əli Mehr bildirib.

O qeyd edib ki, D.Trampın İran İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” qanadının komandanı Qasım Süleymaninin ölümündə günahkarlardan biridir və dövlətlərarası axtarışa verilən şəxslərin siyahısına salınmalıdır.

Prokurorun sözlərinə görə, Q.Süleymaninin ölmündə 36 nəfərin iştirakı təsbit olunub : “Donlad Tramp başda olmaqla onlar terrorçuluq və qətldə ittiham edlirlər”.




Bölməyə aid digər xəbərlər