Ukrayna səfiri Ermənistan XİN-ə çağırılıb
Tarix: 14-07-2020 16:21 | Bölmə: Dünya
Ukrayna səfiri Ermənistan XİN-ə çağırılıb

Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba bu gün Ermənistanın Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.

APA-nın aysor.am-a istinadən verdiyi xəbərə görə, Ermənistan XİN-də Ukrayna səfirini nazir müavini Şavarş Koçaryan qəbul edib.

İ. Kulebanın Ukrayna XİN-in iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşmalarla bağlı bəyanatına görə nazirliyə çağırıldığı bildirilib.

Xatırladaq ki, Ukrayna XİN iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya atəşindən istifadə edilməsi ilə nəticələnən gərginliyə görə dərin narahatlığını ifadə edib. Bildirilib ki, Ukrayna münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Qeyd olunub ki, Ukrayna tərəfi vəziyyətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər