21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Baş nazir: “Gürcüstanda yeni dərs ili təxirə salınmayacaq”
Tarix: 02-09-2020 13:17 | Bölmə: Dünya
Baş nazir: “Gürcüstanda yeni dərs ili təxirə salınmayacaq”

Gürcüstanda yeni dərs ili təxirə salınmayacaq.

Bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Şurasının iclasında məlumat verib.

Baş nazir bildirib ki, ölkə ərazisində yeni növ koronavirusa yoluxmanın artmasına baxmayaraq, məktəblər sentyabrın 15-də açılacaq: “Bu gün 38 yoluxma olsa da, məktəblərin açılmasının təxirə salınması barədə heç bir söz getmir. Məktəblərdə tədris prosesi sentyabrın 15-də başlamalı, bunun üçün Təhsil və Səhiyyə nazirlikləri tam səfərbər edilməlidir”.

Baş nazir bütün aidiyyəti qurumları virusa yoluxma riskinin azaldılması üçün təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.

Qeyd edək ki, bu gün Gürcüstanda COVİD-19 virusuna yoluxanların sayı 38 nəfər artaraq 1548 nəfərə çatıb. Bu, aprel ayından etibarən ən yüksək sutkalıq yoluxma göstəricisidir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər