Kaxa Kaladze: “Gürcüstanda təkrar seçkilərin keçirilməsi üçün əsas yoxdur”
Tarix: 05-11-2020 16:26 | Bölmə: Dünya
Kaxa Kaladze: “Gürcüstanda təkrar seçkilərin keçirilməsi üçün əsas yoxdur”

“Gürcüstanda təkrar seçkilərin keçirilməsi üçün əsas yoxdur”.

Bu barədə hakim Gürcü Arzusu Partiyasının baş katibi Kaxa Kaladze bildirib.

O, parlament seçkilərinin yüksək səviyyədə keçirildiyini deyib: “Seçkilərdən sonra müşahidəçi olan beynəlxalq təşkilatlar və dost ölkələrdən də müvafiq qiymətləndirmələr oldu. Növbədənkənar seçkilər səsvermə prosesinin saxtalaşdırıldığı zaman keçirilir. Proses zamanı bəzi kiçik qeyri-dəqiqliklər olub, lakin onlar yalnız texniki xarakter daşıyıb”.

Qeyd edək ki, Gürcüstanda oktyabrın 31-də baş tutan parlament seçkilərindən sonra ölkədə siyasi gərginlik yaranıb. Qanunverici orqana keçən 8 müxalifət partiyası seçkilərin qeyri-legitim olduğunu bildirərək deputat mandatlarından imtina edib. Müxalifət seçkilərin nəticələrinin ləğvini və təkrar seçkilərin təyin olunmasını tələb edir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər