İranın XİN rəhbəri üç ölkəyə səfər planlaşdırıb
Tarix: 20-11-2020 19:08 | Bölmə: Dünya
İranın XİN rəhbəri üç ölkəyə səfər planlaşdırıb

İranın Xarici işlər naziri İrəvana səfər edəcək.

Reyting.az
“Farsnews”-a istinadla xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Onun sözlərinə görə, Məhəmməd Cavad Zərifin Ermənistana səfəri İrəvandakı dəyişikliklər və erməni vəzifədaşının yenilənməsi ilə bağlıdır.

Bununla bərabər, İran Xarici işlər nazirinin Moskva və Bakıya səfərləri gözlənilir.

Rusiya və Azərbaycan Respublikasına səfərlərdə Dağlıq Qarabağdakı inkişaflar və ikitərəfli münasibətlər danışıqların gündəliyinə daxil olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər