Giorgi Qaxariya: "Dövlət qulluqçularının 80 %-i distant iş rejiminə keçəcək"
Tarix: 26-11-2020 15:16 | Bölmə: Dünya
Giorgi Qaxariya: "Dövlət qulluqçularının 80 %-i distant iş rejiminə keçəcək"

Gürcüstanda noyabrın 28-dən fevralın 1-dək dövlət qulluqçularının 80 %-i distant iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə ölkənin baş naziri Giorgi Qaxariya bildirib.

O, bütün şirkətlərə əməkdaşlarını mümkün olduğu qədər uzaqdan iş rejiminə keçirməyi tövsiyə edib.

G.Qaxariya növbəti iki ay müddətində 70 yaşdan yuxarı olan şəxsləri ciddi zərurət yaranmayacağı halda evdən çıxmamağa çağırıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər