14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Polşadan Baydenin siyasətinə etiraz: “Bu, şizofreniyanın təzahürüdür”
Tarix: 27-01-2021 17:24 | Bölmə: Dünya
Polşadan Baydenin siyasətinə etiraz: “Bu, şizofreniyanın təzahürüdür”

ABŞ ilə Almaniya arasında sıx əməkdaşlığın bərpası, habelə Amerika dövətinin xarici siyasətində təbliğat və ideologiyanın üstünlüyünü təşkil etməsi Polşada narahatlığa səbəb olub.

Reyting.az
xəbər verir ki, bunu polşalı professor Qjeqoj Burski yerli radioda çıxışı zamanı deyib.

Professorun fikrincə, Vaşinqtonun mövqeyi “Şimal axını-2” qaz kəmərinin tikintisinin başa çatmasına səbəb ola bilər.

Bunun şizofreniyanın təzahürü olduğuna inanan professor Burskiyə görə, bir tərəfdən Amerika Almaniyaya Rusiya ilə birlikdə “Şimal axını-2” layihəsi həyata keçirməsinə görə qəzəblidir, digər tərəfdən Con Bayden Almaniyanı əməkdaşlığa dəvət edir.

Burskinin fikrincə, Vaşinqton və Berlin arasındakı daha güclü münasibətlər ABŞ və Rusiya arasında daha yaxşı təmaslara səbəb ola bilər.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}