ABŞ-da 100 milyonadək insan məcburi peyvənd olunacaq
Tarix: 10-09-2021 13:42 | Bölmə: Dünya
ABŞ-da 100 milyonadək insan məcburi peyvənd olunacaq

ABŞ prezidenti Cozef Bayden ölkədə yeni vaksinasiya planı haqda sərəncam imzalayıb.

“Nyu-York Tayms” qəzeti bildirir ki, sərəncam bütün dövlət müəssisələrində və federal hökumətin podratçı təşkilatlarında çalışanların, bütün tibb işçilərinin, federal proqramlarda iştirak edən müəllimlərin koronavirus əleyhinə məcburi şəkildə peyvəndlənməsini nəzərdə tutur.

Bayden həmçinin Əmək Nazirliyinə göstəriş verib ki, nazirlik 100-dən çox işçisi olan müəssisələrdən bütün əməkdaşların peyvənd olunmasını və ya hər həftə koronavirus testindən keçməsini tələb etsin.

“Nyu-York Tayms” yeni vaksinasiya planının 100 milyonadək insana şamil olunacağını yazır.

2019-cu ilin dekabr ayında Çində üzə çıxan koronavirus infeksiyası 211 ölkə və ərazidə yayılıb. İndiyədək bu virusa dünyada 224 milyondan çox adam yoluxub, onların 4 milyon 662 mindən çoxu vəfat edib. Yoluxmaların 41 milyon 561 mindən, ölümlərin 674 mindən çoxu ABŞ-da qeydə alınıb.(Novator.az)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər