16:39 / 28-11-2024
Sabah qar yağacaq
Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsinin polkovniki ölü tapılıb - Yenilənib
Tarix: 10-01-2022 11:44 | Bölmə: Dünya
Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsinin polkovniki ölü tapılıb

Qazaxıstanın paytaxtı Nur-Sultanda Milli Təhlükəsizlik Komitəsinin (DTK) polkovniki Əzəmət İbrayev yaşadığı evin həyətində ölü tapılıb.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, təhlükəsizlik əməkdaşının meyitinin yanvarın 10-da tapıldığı qeyd edilir.

Onun hansı səbəbdən öldüyü hələ ki məlum deyil.

Qeyd edək ki, Qazaxıstanın Jambul vilayətinin polis departamentinin rəisi general Janak Süleymanov isə intihar edib.

Jambul vilayəti iğtişaşların ən çox vüsət aldığı regiondur. Məlumata görə, Süleymanov barəsində cinayət işi qaldırılmışdı.

***

Qazaxıstan Milli Təhlükəsizlik Xidməti polkovnikinin ölüm səbəbi açıqlanıb.


Reyting.az-ın Qazaxıstan mediasına istinadla verdiyi xəbərə görə, polkovnik Azamat İbrayevin intihar edib.

İlkin araşdırmalar zamanı onun yaşadığı binadan özünü atdığı məlum olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər