Moldova prezidenti: "Ərzaq təhlükəsizliyimiz təhdid altındadır"
Tarix: 25-06-2022 18:00 | Bölmə: Dünya
Moldova prezidenti: "Ərzaq təhlükəsizliyimiz təhdid altındadır"

“Ukraynadakı vəziyyətlə əlaqədar Moldovanın ərzaq təhlükəsizliyi təhdid altındadır”.

Bunu Moldova prezidenti Maya Sandu “Prime” televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı ərzaq məhsullarının baha olmasını buna nümunə kimi göstərib.

M. Sandu qeyd edib ki, dünyanın ən iri taxıl tədarükçülərindən olan Ukrayna ixracatla məşğul ola bilmədiyi üçün dünya bazarında qiymətlər kəskin bahalaşıb: “Taxılın qiymətinin bahalaşması avtomatik olaraq başqa qida məhsullarının da qiymətinn artmasına təsir göstərir. Biz Ukraynaya dəmiryolu, Curculeşta limanı vasitəsilə əlimizdən gələn yardımı edirik”.(Report)




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}