18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiya qırıcıları hava sərhəddini pozub
Tarix: 26-04-2023 12:29 | Bölmə: Dünya
Rusiya qırıcıları hava sərhəddini pozub

Almaniya Hərbi Hava Qüvvələri Baltik dənizi üzərində - beynəlxalq hava məkanında aşkarlanma siqnalı olmadan uçan Rusiyanın iki “Su-27” qırıcısı və “İl-20” elektron kəşfiyyat təyyarəsi müəyyən ediblər.

Reyting.az
xəbər verir ki, müvafiq məlumat Almaniya Hərbi Hava Qüvvələrinin “Twitter” hesabında yayılıb.

Qeyd olunur ki, Rusiyanın hərbi texnikaları Böyük Britaniya və Almaniyadan olan “Eurofighter” qırıcıları tərəfindən müəyyən edilərək nəzarətə götürülüblər.

Almaniya Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya hərbi təyyarələri ikinci dəfədir ki, Baltik dənizi üzərində aşkarlama siqnalı olmadan uçur.

Bundan əvvəl Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) mətbuat xidməti ABŞ-ın hava hücumundan müdafiə zonasında iki Rusiya təyyarəsinin tutulduğunu açıqlamışdı.

“Rusiya təyyarələri beynəlxalq hava məkanında qaldı və ABŞ və Kanadanın suveren məkanına daxil olmadı. Rusiyanın bu cür hərəkətləri mütəmadi olaraq həyata keçirilir və təhdid və ya təxribat hesab edilmir”, - NORAD vurğulayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər