Bayden şparqalkadan istifadə edir?
Tarix: 27-04-2023 08:32 | Bölmə: Dünya
Bayden şparqalkadan istifadə edir?

ABŞ prezidentinin əlində ona sual verən jurnalistin adı yazılmış şparqalkanı müşahidə ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Birləşmiş Ştatların prezidenti Co Bayden çıxışı zamanı onunla ünsiyyətdə olmuş jurnalistlərin ad və soyadları yazılmış şparqalkadan istifadə edir.

Fotoşəkildə Baydenin təsadüfən açıqçanı çevirərkən onun arxa üzündə “Los Angeles Times” qəzetinin jurnalisti Kortni Subramanianın əksi, vəzifəsi və verəcəyi sualların yazıldığı aydın görünüb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}