07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycan və Ermənistan sərhədçiləri arasında mübahisə... - Video
Tarix: 02-05-2021 14:03 | Bölmə: Gündəm
Azərbaycan və Ermənistan sərhədçiləri arasında mübahisə...

Ötən gün sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədçiləri arasında mübahisənin qeydə alındığı görüntülər yayılıb.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, sözügedən hadisə Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verib.

Görüntülərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə erməni hərbçiləri arasında mübahisə yer alıb. Videoda Azərbaycan hərbçilərinin peşəkar davranışı, sərgilədiyi təmkin və prinsipiallıq böyük rəğbətlə qarşılanıb.

Videodan aydın görünür ki, yüksək hazırlıqlı Azərbaycan hərbçiləri qarşısında duruş gətirə bilməyən düşmən zabit və əsgərləri gülünc vəziyyətə düşürlər. Bu görüntülər Azərbaycan hərbçiləri ilə Ermənistan hərbçiləri arasında fərqi açıq-aşkar göstərir.  

Həmin görüntüləri əlavə şərh vermədən təqdim edirik:





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}