17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycanda daha 963 nəfər koronavirusa yoluxub, 17 nəfər vəfat edib 
Tarix: 04-05-2021 16:38 | Bölmə: Gündəm
Azərbaycanda daha 963 nəfər koronavirusa yoluxub, 17 nəfər vəfat edib 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 963 yeni yoluxma faktı qeydə alınıb, 2 091 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 322 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 296 875 nəfər müalicə olunaraq sağalıb, 4 597 nəfər vəfat edib. 21 289 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 328, bu günə qədər isə ümumilikdə 3 279 163 test icra olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}