13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Tələbələrə təqaüdlərin təyini və ödənilməsi qaydası dəyişib - Qərar
Tarix: 04-05-2021 18:38 | Bölmə: Gündəm
Tələbələrə təqaüdlərin təyini və ödənilməsi qaydası dəyişib

“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

2.9-cu bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə dövlət sifarişi ilə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun

26.5-ci və 26.5-3-cü maddələrinə əsasən müsabiqədənkənar qəbul olunan tələbələrə birinci tədris ilinin birinci semestrində “adi” təqaüd verilir.”.

2.10-cu bənd aşağıdakı redaksiyada verilsin:
“2.10. Magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunmuş maksimal balın 91 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir.”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər