Nazirlər Kabineti QHT-lərlə bağlı qərar verib
Tarix: 08-05-2021 11:23 | Bölmə: Gündəm
Nazirlər Kabineti QHT-lərlə bağlı qərar verib

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanununda dəyişiklik edilərək Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən hər hansı bir dəyişikliklərin, qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin, bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması, Qrant müqavilələrinin, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsi elektron müraciət əsasında əldə edilmiş sənədlərdən və yaxud kağız daşıyıcılarda Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununlarına uyğun olaraq həyata keçirilməsi müəyyən edilib.

Reyting.az
xəbər verir ki, bununla əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarlarında dəyişiklik edilərək uyğunlaşdırılma aparılıb.

Bildirilib ki, bu kimi sənədlərin təqdim olunması bu vaxtadək yalnız kağız daşıyıcılarda həyata keçirilirdi.

Dəyişiklikdən sonra sənədlərin təqdim olunması həm kağız daşıyıcılarla, həm də elektron qaydada aparılacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər