13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Azad edilən ərazilərdə daha 6 hərbi hissə istifadəyə veriləcək
Tarix: 08-05-2021 14:41 | Bölmə: Gündəm
Azad edilən ərazilərdə daha 6 hərbi hissə istifadəyə veriləcək

"Bu gün qəhrəman Azərbaycan sərhədçisi - uğrunda qan tök­düyü, şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştira­kın­dan və dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında xidmət etməkdən qürur duyur!"

Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.

O vurğulayıb ki, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunan his­səsində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib: "Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə sərhəd-döyüş məntəqələri yaradılıb. Son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissə xidməti-döyüş fəaliy­yətinə başlayıb.

May ayının sonunadək daha 6 hərbi hissənin təmir-tikinti işləri başa çatdırılacaqdır. Bu da dövlətimizin, şəxsən Azər­bay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­man­danı cənab İlham Əliyevin Azərbaycan sərhədçisinə gös­tər­­diyi diqqət və qayğının daha bir təzahürüdür", - o bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər