DSX rəisi düşmənin SU-25 döyüş təyyarəsinin məhv edilməsinin təfərrüatını açıqlayıb
Tarix: 08-05-2021 14:48 | Bölmə: Gündəm
DSX rəisi düşmənin SU-25 döyüş təyyarəsinin məhv edilməsinin təfərrüatını açıqlayıb

"Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilot­suz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kom­plek­sləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda ida­rəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib, ümumilikdə 290 düşmən hədəfi məhv edilib".

Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev deyib.

"Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqları uğurla icra olunub, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümu­nələri göstərib, qalibiyyət dastanı yazıblar", - o, bildirib/Report.

***

"Döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sər­­hədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermə­nis­tanla dövlət sərhədinədək böyük bir ərazini azad ediblər".

Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.

"Sərhədçilər 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sar­sıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv edib, Qə­dim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsə­bəsin­də və Zəngilan şəhərində Dövlət bayrağımızı sancıb, qızğın dö­yüş­lər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad ediblər. Bu yüksəkliklərin azad edilməsi uğrunda döyüşlər zamanı bölmələrimizin üzərinə ha­va­dan həm­lə edən SU-25 düşmən təyyarəsinin atıcı silahlardan açıl­an atəşlə məhv edilməsi də hərb tariximizə həkk olunub.

AN-2 təyyarələrinin pilotsuz uçuş aparatları kimi modernləşdi­ri­lərək müasir döyüş elementləri sırasına əlavə edilməsi və xüsusi tət­biqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistem­lərinin və digər strateji hədəflərinin aşkarlanaraq məhv edilməsinə nail olunub".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər