Lavrov KTMT-nin iclasında: “Azərbaycan və Ermənistan arasında birgə komissiya yaradılmalıdır"
Tarix: 19-05-2021 10:56 | Bölmə: Gündəm
Lavrov KTMT-nin iclasında: “Azərbaycan və Ermənistan arasında birgə komissiya yaradılmalıdır"

“Rusiya Azərbaycan-Ermənistan sərhədindəki insidenti tənzimləmək üçün demarkasiya və delimitasiyanın keçirilməsinə başlamağa səy göstərməyi təklif edib”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da tacikistanlı həmkarı Sirociddin Muhriddinlə Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin dünən axşam (mayın 18-də-red.) keçirilən qeyri-rəsmi görüşündə erməni həmkarımızın təklifini, rəsmi Yerevan və Bakı arasında münasibətləri müzakirə etdik”, - S.Lavrov vurğulayıb.

O, KTMT-dəki həmkarlarını insidentin tənzimlənməsində Rusiyanın atdığı addımlar barədə məlumatlandırdığını qeyd edib: “Tərəflər arasında əldə edilən ilkin razılaşmaya əsasən, Rusiya sərhədlərin demarkasiya və delimitasiyasına başlamasına səy göstərmək üçün təklif irəli sürüb. Bu məqsədlə Azərbaycan-Ermənistan birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişik. Eyni zamanda Rusiyanın prosesdə məsləhətçi və vasitəçi kimi iştirakını təklif etmişik”.

Xatırladaq ki, Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı Ermənistan təşəbbüsü ilə KTMT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin Düşənbədə iclası keçirilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər