00:05 / 28-11-2024
Myanmanın prezidenti həbs təhlükəsiylə üzləşib
23:27 / 27-11-2024
Zelenski NATO Baş katibi ilə müzakrə aparıb
22:45 / 27-11-2024
Tovuzda ağır qəza: 5 hərbçi həyatını itirib - (Yenilənib)
21:52 / 27-11-2024
"Avroviziya 2025"-lə bağlı problem həllini tapıb
21:24 / 27-11-2024
Daha bir tiktoker həbs edilib
20:58 / 27-11-2024
Səkkiz vəkil hakim təyin olunub
18:20 / 27-11-2024
Azərbaycanın 37 vətəndaşı Almaniyadan geri qaytarılıb
18:01 / 27-11-2024
Bələdiyyə seçkilərinin yekunları fevralın 26-dək elan ediləcək
17:50 / 27-11-2024
Nazirlikdə 24 milyonluq mənimsəmə: nələr açılır? - Məhkəmə prosesi
17:42 / 27-11-2024
Polşa prezidentinin Azərbaycanla sərhədə gəlməsi etirazla qarşılanır
17:31 / 27-11-2024
Azərbaycan ərazisində yenidən zəlzələ olub
17:23 / 27-11-2024
Bələdiyyə seçkiləri: namizədlərin qeydə alınması nə vaxt başlayacaq?
17:09 / 27-11-2024
Bələdiyyə seçkiləri: müşahidəçilərlə bağlı qərar verilib
16:42 / 27-11-2024
MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar işçi qrupu yaradılıb
16:39 / 27-11-2024
Bərdədə bank əməkdaşı həbs olunub
16:22 / 27-11-2024
Bələdiyyə seçkilərinin keçiriləcəyi tarix açıqlanıb
16:19 / 27-11-2024
Kuleba: “Ruslar Dnepr, Poltava və Zaporojyedə peyda olacaq”
16:05 / 27-11-2024
Canavar hücumları kəndin boşalmasına səbəb olub - Foto
15:51 / 27-11-2024
Ən çox axtarılan cinayətkar 21 ildən sonra saxlanılıb
15:44 / 27-11-2024
Bu sahələrdə işləyənlər vergidən azad olunur - Siyahı
15:42 / 27-11-2024
Müəllimlər İnstitutunun rektoru vəzifədən kənarlaşdırılıb
15:36 / 27-11-2024
Prezident Milli Konservatoriyaya rektor təyin edib - Sərəncam
15:05 / 27-11-2024
Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayır
15:01 / 27-11-2024
Növbəti iki gündə yağış yağacaq - Xəbərdarlıq
14:46 / 27-11-2024
Elm və Təhsil Nazirliyində 18 milyonluq iki şübhəli tender keçirilib
14:42 / 27-11-2024
Milli Məclisə yeni avtomobillər alınıb
14:33 / 27-11-2024
Bakıda beynəlxalq oyun festivalı keçiriləcək
14:31 / 27-11-2024
Üçüncü Kəlağayı Festivalı keçirilib
14:21 / 27-11-2024
Milli Məclis jurnalistlərlə bağlı qanunu qəbul edib
14:16 / 27-11-2024
Spikerlə daha bir deputat arasında gərginlik yaranıb
21:06 / 25-11-2024
Direktor və dəstəsi oğurluğa cəhd edərkən yaxalanıb - Fotolar
14:10 / 25-11-2024
Azərbaycanda yeni bələdiyyələr yaradılıb - Siyahı
22:10 / 25-11-2024
70 kq qızılla tutulan diplomat haqqında həbs qərarı verilib - (Yenilənib)
18:00 / 25-11-2024
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib
22:45 / 27-11-2024
Tovuzda ağır qəza: 5 hərbçi həyatını itirib - (Yenilənib)
08:28 / 25-11-2024
COP29 - Dünyanı sevindirən 13 gün: nəticələr və perspektivlər
13:56 / 27-11-2024
Partiya sədri, deputat qızı və ailənin digər üzvləri məhkəməyə verilib
12:23 / 26-11-2024
Vəzifəli şəxslər həbs olunub
11:14 / 26-11-2024
Tramp üç ölkəyə xəbərdarlıq edib
14:00 / 25-11-2024
Nazirlik Boradigah sakinlərinə müsbət cavab verib
22:45 / 25-11-2024
İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
Prezident tədbirdə: “Zəngəzur dəhlizi bölgədəki bütün ölkələr üçün yeni imkanlar açacaq” - Canlı yayım (Yenilənib)
Tarix: 20-05-2021 22:10 | Bölmə: Gündəm
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib.
Reyting.az xəbər verir ki, müzakirələri açan Dünya Bankının sabiq vitse-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin çıxış edərək deyib:
- Cənab Prezident, Zati-aliləri, xanımlar və cənablar! Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və dostları!
Bu, mərkəz üçün böyük bir gündür. Biz çox şadıq ki, Prezident İlham Əliyev bizim dialoqa qoşulur və Azərbaycan, eləcə də regionla bağlı öz planları və istəklərini bizimlə bölüşür. Cənab Prezident, səkkiz il öncə, Siz dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsini tanıtmaq üçün Beynəlxalq Mərkəzin yaradılmasına dair tapşırıq verdiniz. Bu quruma beynəlxalq üzvlər qoşuldu, onun İdarə Heyəti yaradıldı. Daha sonra Mərkəzin işini və proqramını müəyyən etmək üçün həmsədrlər seçildi və baş katib təyin olundu.
Cənab Prezident, Siz bizə etimad göstərdiniz və ümid edirik, biz Sizin etimadınızı doğrulda bildik. Səkkizillik dövrdə çox işlər görülüb, Siz də onlara böyük dəstək vermisiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq səviyyədə get-gedə daha çox tanınır. Bakı Qlobal Forumu regionda birinci dərəcəli tədbirə çevrilib və beynəlxalq təqvimdə xüsusi yer tutmağa nail olub. Dünyanın bir çox tanınmış şəxsləri tədbirlərdə iştirak edib. Forumdan başqa, Mərkəz bir çox digər tədbirləri də təşkil etdi, Balkanları, Cənubi Qafqazı və Avropanı müzakirəyə çıxartdı. Daha sonra, təşkilatımız beynəlxalq fəaliyyətini genişləndirərək, ABŞ və BMT ilə əlaqələr qurmaq strategiyasını qəbul etdi və daha da inkişaf edən Çinə də diqqət yetirməyə başladı.
Cənab Prezident, bütün sahələrdə biz Nizaminin irsini və Azərbaycanın zəngin mədəniyyətə malik ölkə kimi mövqeyini təşviq etmişik. Biz bəşəriyyətin üzləşdiyi çağırışların müzakirə edildiyi platformaya çevrilmişik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tədris, dözümlülük, dialoq və anlaşma ünvanı kimi tanınmağa başladı. Lakin bundan sonra pandemiya baş verdi. Biz 2020-ci ildə keçiriləcək Bakı Qlobal Forumunu təxirə salmaq məcburiyyətində qaldıq. Bununla belə, yəqin Siz məmnunluqla qəbul edərsiniz ki, 2021-ci ilin sonrakı aylarında Bakı Qlobal Forumunun çox uğurla keçirilməsində israrlıyıq. Biz İdarə Heyətinin təlimatları ilə və baş katib Rövşən Muradovun rəhbərlik etdiyi katibliklə birgə “Bakı Qlobal Forumu 2021”in məzmunu və təşkili sahəsində Hikmət Hacıyev və Sizin Protokol xidmətinizlə sıx işləyirik ki, tədbirimiz təqvimə və istəklərimizə uyğun keçsin.
COVID-19 pandemiyasına, məhdudiyyətlərə və səfərlərin təxirə salınmasına baxmayaraq, mərkəzimiz çox fəal işləyir. Biz yeni texnologiyalardan tam yararlanmaqla öz səylərimizi göstəririk. Biz 28 konfransa, 90 sessiyaya ev sahibliyi etdik. Tədbirlərimizdə 370 məruzəçi çıxış edib, 60 ölkədən iştirakçılar bizə qoşulub. İstənilən mövzuları əhatə etmişik: pandemiya qarşısında qlobal həmrəylikdən tutmuş, formalaşan dünya nizamı və multilateralizmin gücləndirilməsi yollarına qədər. Ərzaq təhlükəsizliyi, təhsil məsələləri, sülhün əldə olunmasında qadınların rolu da müzakirəyə çıxarılıb. Bütün bu işləri görərkən biz mötəbər təşkilatlarla, tanınmış laureatlarla və şəxslərlə tərəfdaşlıq qurmuşuq. Dostlarımız və tərəfdaşlarımızın sayını iki dəfə artırmışıq. Biz Çindən olan nümayəndəyə - elmlər doktoru Şana bizim beynəlxalq dostlar şuramıza həmsədrlik etdiyinə görə minnətdarıq.
Bütün bu tədbirlərlə yanaşı, biz pandemiyaya və onun fəsadlarına qarşı mübarizədə göstərilən səylərdə və həmrəylik təşəbbüslərində çox fəalıq. İnanırıq ki, Zati-aliləriniz, bu işlə əlaqədar çox yerlərdən müsbət rəy alıb. Biz, həmçinin bir çox materialları çap edib yaymışıq. Bu işə bir çox yerli tanınmış şəxsləri cəlb etmişik. Fəaliyyətimiz media tərəfindən də dəyərləndirilib. Bir ildə 12 təşəkkür məktubu almışıq. Onların əksər hissəsi “Ehtiyacı olan insanlara yardım” təşəbbüslərinə görə təqdim edilib. Hazırda İngiltərənin sabiq Baş naziri Qordon Braun bizim adımızdan 7-lər və 20-lər Qrupuna təqdim ediləcək məktubun yekun variantı üzərində çalışır.
Ötən ilə nəzər saldıqda, deyə bilərik, bu dövr mərkəzin artan beynəlxalq nüfuzu ilə yadda qalan, çox intensiv iş ilə seçilən, mühüm beynəlxalq təşkilatlarla və dünyanın elmlər akademiyaları, elmi təsisatları ilə əməkdaşlığın genişləndiyi il olub. Dünya mətbuatında da mövqeyimizi gücləndirdik. Ümid edirik ki, sonuncu görüşdə Zati-alinizə haqqında danışdığımız işləri gələn həftələr ərzində başa çatdıracağıq.
Cənab Prezident, mən nitqimi çox davam etdirə bilərdim. Lakin, bilirəm ki, hamı məhz Sizi dinləməyi çox arzulayır. Söz verirəm ki, yaxın vaxtlarda işimiz barədə hesabatı yekunlaşdırıb diqqətinizə təqdim edəcəyik və onu bu il Qlobal Forumda paylayacağıq. Ümid edirik ki, Zati-aliniz Mərkəzin həm pandemiyadan əvvəlki, həm də sonrakı fəaliyyətindən tam razı qalacaq.
İndi isə icazənizlə mən sözü hörmətli xanım həmsədr Vayra Vike-Freyberqaya verirəm.
Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edərək dedi:
- Zati-aliləri, cənab Prezident! Xanımlar və cənablar!
Biz bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev arasında dialoqda iştirak etməkdən böyük iftixar hissi duyuruq. Bu görüşə Prezidentin nitqi ilə başlayacağıq. Sonra isə sual-cavablara keçəcəyik. Biz dəvətimizi qəbul etdiyinə görə cənab Prezidentə minnətdarıq.
Cənab Prezident, dünyanın bu çətin durumunda Azərbaycanın mövqeyi, ölkənin gələcəyinə dair planlarımızla və onların dünya gündəliyinə necə uyğunlaşması ilə əlaqədar Sizin mülahizələrinizi səbirsizliklə gözləyirik. Cənab Prezident, şərhlərinizi eşitməyi səmimiyyətlə arzulayırıq.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Çox sağ olun. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hörmətli həmsədrləri, xanım Vike-Freyberqa və cənab Seragəldin.
İlk öncə, mən bu gün keçirilən müzakirələrin bütün iştirakçılarını salamlamaq istərdim. Fürsətdən istifadə edərək, Nizami Mərkəzinin həmsədrinə və üzvlərinə bu müzakirələri başlatdığına görə təşəkkürümü bildirmək istərdim. Çünki hesab edirəm ki, bu, çox yerinə düşən tədbirdir. Təklif etdiyiniz mövzuya gəldikdə isə, “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri”, fikrimcə, qlobal gündəlikdə duran mühüm məsələlərdəndir, çünki bu yaxınlarda Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu. Əlbəttə ki, yeni vəziyyət yeni yanaşmaları tələb edir.
Lakin, əvvəlcə, mən pandemiya dövründə çox yaxşı fəaliyyətinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik etmək istəyirəm. Bu Mərkəz yeni şəraitə özünü çox müdrik formada uyğunlaşdırdı. Pandemiya ilə bağlı vəziyyətdən asılı olmayaraq, öz fəaliyyətini yeni formada davam etdirdi. Eyni zamanda, bu fəal işin aparıldığı səkkiz il ərzində Mərkəz dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Onun geniş fəaliyyəti, əslində, dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edir. Mərkəzin üzvləri ölkələrinə, yaxud beynəlxalq təşkilatlara uzun illər rəhbərlik etmiş məşhur dünya siyasətçiləridir. Sizin təcrübəniz həqiqətən unikaldır. Bir sözlə, bu cür təcrübənin bir araya toplanması, hesab edirəm ki, bugünkü dünyada nadir hadisədir.
Nəyin baş verdiyi və nəyin baş verəcəyi ilə bağlı Azərbaycanın mövqeyinə gəldikdə, əlbəttə ki, əvvəlcə, demək istərdim ki, regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur.
“Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirəni yüksək dəyərləndirirəm, çünki bizim məhz buna ehtiyacımız var. Demək olar ki, 30 il çəkən işğal faktı səbəbindən, Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır.
Bir sözlə, onlar vaxt itirdilər. Onlar Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum oldular. Nəhayət, onlar işğal etdikləri əraziləri itirdilər. O ərazilər ki, onlara nə tarixi nöqteyi-nəzərdən, nə də ki, beynəlxalq hüquq baxımından məxsus deyildi. İndi isə, münaqişə başa çatdıqdan sonra, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub.
Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu səbəbdən, bildirmək istəyirəm ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə, siz yəqin ki, təsəvvür edə bilərsiniz, hansı hissləri keçirirlər. Lakin siyasətçilərin rolu öz gündəliklərini müdafiə etməkdən və yalnız qarşılıqlı fəaliyyət sayəsində regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin olacağını izah etməkdən ibarətdir.
Bəlkə də, yaxşı olardı mən burada çıxışımı dayandırım. Çünki siz bilirsiniz, bir neçə Bakı Qlobal Forumu zamanı mən bütün tədbirlərdə Dağlıq Qarabağ haqqında danışmışam. Ona görə siz dəqiq bilirsiniz nə baş verib, necə baş verib, nəticələr nədir. Hesab edirəm ki, bunu təkrar etməyə ehtiyac yoxdur. Daha yaxşı olardı ki, dialoqumuza çox vaxt ayıraq.
Çox sağ olun, istədiyiniz suala cavab verməyə hazıram.
Prezident İlham Əliyev tədbir iştirakçılarının suallarını cavablandırıb.
***
"İkinci Qarabağ müharibəsi bölgədəki vəziyyəti kökündən dəyişdirib. Bu hadisələr dəyişikliyə ehtiyac yaradıb".
Reyting.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri" adlı videoformatda müzakirələr zamanı çıxışında deyib.
Tədbiri açan dövlət başçısı bu mövzuda müzakirələr təşkil etdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib: “Cənubi Qafqazda köklü dəyişikliklər baş verib və yeni vəziyyət yeni yanaşmalar tələb edir”.
Azərbaycan Prezidenti bildirib ki, İkinci Qarabağ müharibəsi regionda vəziyyəti kökündən dəyişdirib: "İşğal bitməyənə və ərazilərimiz geri qaytarılmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyimizə dair mövqeyimizi açıq şəkildə bildirmişik. Ermənistan özü də böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür".
Prezident deyib ki, Ermənistandakı bugünkü vəziyyətə baxsaq, bunun Ermənistanın müstəqil dövlətə çevrildiyi dövrdən daha pis olduğunu görə bilərik: "Ermənistanın ordusu qalmayıb, o, tamamilə məhv edilib”.
Dövlət başçısı bildirib ki, Ermənistanda davamlı siyasi böhran hökm sürür, cəmiyyətdəki yüksək inamsızlıq səviyyəsi, qarşılıqlı ittihamlar, bəzi erməni siyasətçilərinin ritorikası qəbul edilən bütün çərçivələri aşır.
"Onlar vaxt itirdilər, enerji layihələri və nəqliyyatın inkişafı çərçivəsində Azərbaycanın təşəbbüsləri xaricində qaldılar, işğal etdikləri və heç tarixən də və ya beynəlxalq hüquqa görə onlara aid olmayan əraziləri itirdilər”.
Azərbaycan Prezidenti deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin belə bir aktual mövzuda müzakirələr təşkil etməsi təqdirəlayiqdir: "Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın aparıcı qurumlarından birinə çevrilib. Onun fəaliyyəti dünyada sülhün, sabitliyin və ədalətin təmin olunmasına yönəlib. Təşkilatın bu dəyərlərin təşviq olunması baxımından zəngin təcrübəsi var.İkinci Qarabağ müharibəsi regionda yeni reallıq yaradıb. Bu baxımından bugünkü müzakirələrin mövzusu çox aktualdır. Ermənistan dövlətində böhran hökm sürür. Ermənistan özünü regionda həyata keçirilən bütün layihələrdən məhrum edib. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad edib. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra regionda yeni reallıq yaranıb”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın lider ölkələrindən biri kimi həmin bəyanat çərçivəsində region ölkələrinin əməkdaşlığı üçün bir çox mühüm təklif və təşəbbüslər irəli sürüb. Bunlara nəqliyyat və kommunikasiyaların açılması, digər əməkdaşlıq imkanları daxildir: “Biz qonşular kimi yanaşı yaşamalıyıq. Əlbəttə, bu, asan olmayacaq. Bu gün siyasətçilərin rolu sülh və sabitliyin yalnız əməkdaşlıq və təmaslar vasitəsilə mümkün olduğunu insanlara izah etmək olmalıdır”.
Dövlət başçısı əlavə edib ki, Cənub Qaz Dəhlizi layihəsi qlobal əhəmiyyətli layihədir. Azərbaycan bu layihə ilə Avropa İttifaqı ölkələrinə böyük töhfə verib: "Azərbaycan qazının Avropaya nəql olunması yenilikdir. Bu layihə onun iştirakçısı olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə gələcəkdə də töhfə verəcək".
Azərbaycanın regionda bir çox mühüm enerji layihələri həyata keçirdiyini xatırladan dövlət başçısı deyib ki, dünyadakı bütün aparıcı maliyyə qurumları bu enerji layihələrinin icrasında Azərbaycanla yaxından əməkdaşlıq edib. Bu il Azərbaycan öz dövlət büdcəsindən bu enerji layihələrinə maliyyə ayırıb: “Lakin biz Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinə daha çox maliyyə ayırmışıq. Digər xarici təşkilatların da əsasən maliyyə yardımını həmin ərazilərdə həyata keçirilən bərpa işlərinə yönəldilməsini alqışlayardıq”.
Prezident deyib kii, Dağlıq Qarabağ münaqişəsi bitib və həll edilib: "Gələcəyə baxmalıyıq”.
Dövlət baççısınn sözlərinə görə 30 illik işğala və azad edilmiş torpaqlarda böyük miqyaslı dağıntılara və xarabalıqlara baxmayaraq, Azərbaycan gələcəyə baxmağa, inteqrasiya olunmuş Cənubi Qafqazın bir hissəsi kimi gələcəyi planlaşdırmağa hazırdır: “Ümid edirik ki, Cənubi Qafqazdakı fəal əməkdaşlıq və inteqrasiya barədə danışa biləcəyimiz vaxt gələcək. Bu arada biz kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması ilə əlaqədar bir sıra vacib təklif və təşəbbüslər irəli sürmüşük ki, bunlar da 10 noyabr 2020-ci il tarixli birgə bəyanatda əks olunub. Deyə bilərəm ki, bu layihənin icrası üzərində iş artıq başlayıb. Azərbaycan artıq bunun üçün texniki və maliyyə resursları ayırıb. Zəngəzur dəhlizi açılanda o, bölgədəki bütün ölkələr üçün yeni imkanlar açacaq”
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu əməkdaşlığa, ortaq gələcəyi planlaşdırmağa hazırdır: “Çünki biz qonşuyuq, istəsək də, istəməsək də yan-yana yaşamalıyıq, yenidən birlikdə yaşamağı öyrənməliyik. Bu, asan deyil, emosiyalar var. Xüsusilə Azərbaycan vətəndaşları bu torpaqları ziyarət edəndə və dağıntıların miqyasını görəndə onların duyğularını təsəvvür edə bilərsiniz. Ancaq siyasətçilərin rolu öz gündəmlərini müdafiə etmək, bölgədə sabit inkişafa, sülhə və rifaha nail ola biləcəyimizi izah etməkdir”.
Prezidentin sözlərin görə, noyabr bəyanatından sonra bir çox addımlar atdıq və göstərdik ki, biz əməkdaşlıq etmək istəyirik: "Biz humanitar sahədə addımlar ataraq müharibədən sonra münaqişə zonasında qalan Ermənistan vətəndaşlarını vətənlərinə geri göndərdik".
Dövlət başçısı bildirib ki, müharibə bitəndən sonra Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da yüzlərlə insanın minaya düşərək həlak olmasına səbəb olur. Bu minaların təmizlənməsi çox vaxt aparır: “Biz Rusiyadan Ermənistana qazın təmin olunmasına icazə vermişik. Amma buna görə Azərbaycana heç təşəkkür də etməyiblər. Biz Zəngəzur dəhlizinin açılmasını təklif etmişik və düşünürəm ki, bu proses çətin olsa da, artıq işə başlamışıq”.
Tədbiri buradan canlı izləyə bilərsiniz:
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-də şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib. Azərbaycan Respublikasının Prezidentinin dəstəyi ilə fəaliyyətini davam etdirən bu beynəlxalq qeyri-hökumət təşkilatı ətrafında 50-dən çox xarici ölkənin sabiq dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini və nüfuzlu beynəlxalq alimləri birləşdirir. Əsas idarəetmə orqanı dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən ibarət İdarə Heyətidir. İdarə Heyəti 18 nəfərdən ibarət sabiq liderlərdir. Mərkəzin Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 3 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 görkəmli üzvləri var.
Mərkəzin həmsədrləri Latviya Respublikasının sabiq Prezidenti (1999–2007) xanım Vayra Vike-Freyberqa, Dünya Bankının sabiq vitse-prezidenti (1992–2000) dr. İsmayıl Seragəldindir.
Mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. 2013-cü ildən bu günədək sayca 7 Qlobal Bakı Forumu və 42 Yüksək Səviyyəli Toplantı keçirilib. Forumların hər bir ümumilikdə 4000-dən çox xarici qonaq iştirak edib.
Mərkəz hazırda Çin Xalq Xarici İşlər İnstitutu (ÇXR), Amerika Xarici Siyasət üzrə Milli Komitə (ABŞ), Robert F. Kennedy İnsan Hüquqları (ABŞ), İtalyan Beynəlxalq Təşkilatları Cəmiyyəti (İtaliya), Dünya Sənət və Elm Akademiyası (WAAS), Lancet Komissiyası, UNAİDS, UNAOC kimi nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir
Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ənənəvi olaraq Bakıda təşkil edilən Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif önəmli görüşlərə ev sahibliyi edərək ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülhün və ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə vermək, eləcə də tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsidir. Eyni zamanda, Mərkəz dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin öyrənilməsi və dünyada təbliği məsələlərinə də böyük diqqət ayırır. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq bu istiqamətdə də bir sıra fəaliyyətlər həyata keçirməyi nəzərdə tutub.
Bölməyə aid digər xəbərlər

Dünən, 10:14
Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydası dəyişib
26-11-2024, 18:02
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
26-11-2024, 17:53
Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimə qatılıblar
26-11-2024, 11:38
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar tanımır
26-11-2024, 11:03
Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi başlayıb
25-11-2024, 19:04
Nazirlər Kabineti Səhiyyə Nazirliyi barədə qərar verib
25-11-2024, 15:53
Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - Video
25-11-2024, 14:21
İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edib
25-11-2024, 12:51
Azərbaycan və İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə təlimi keçirilir - Fotolar
25-11-2024, 12:27
İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25-11-2024, 10:06
Meşə təsərrüfatına dəyən zərər və itkilərin ödənilməsi qaydası dəyişib
25-11-2024, 09:39
Prezident Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25-11-2024, 00:01
Bu gün Kəlbəcər Şəhəri Günüdür
23-11-2024, 17:57
Prezident Su Təchizatı Xidmətinin fəaliyyət sahəsini genişləndirib
23-11-2024, 16:11
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
23-11-2024, 16:02
Milli Müdafiə Universiteti ilə bağlı daha bir qərar imzalanıb
23-11-2024, 15:45
Nazirlər Kabineti daha bir qərar verib
23-11-2024, 14:31
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
22-11-2024, 16:50
İlham Əliyev: "ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib"
22-11-2024, 15:25
Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
22-11-2024, 11:54
“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
21-11-2024, 19:12
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
21-11-2024, 16:32
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
21-11-2024, 16:23
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
21-11-2024, 12:13
Kərim Vəliyev pakistanlı komandanla görüşüb
20-11-2024, 23:09
Prezident Ağdam şəhəri ilə bağlı paylaşım edib
20-11-2024, 18:07
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
20-11-2024, 17:44
Əli Əsədov iranlı nazirlə müzakirə aparıb
20-11-2024, 09:46
Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyektini ziyarət edib - Fotolar
20-11-2024, 09:26
COP29: çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılış olub
19-11-2024, 16:13
Azərbaycan və İran arasında hərbi əməkdaşlığa dair protokol imzalanıb
19-11-2024, 15:41
Azərbaycanın Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir - Fotolar
18-11-2024, 15:29
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
18-11-2024, 15:16
Prezident qanunu təsdiqləyib - Dəyişiklik
18-11-2024, 15:13
İlham Əliyev baş konsul təyin edib
18-11-2024, 14:43
COP29-da Həmsədrlər Koalisiyası yaradıla bilər
18-11-2024, 13:16
İlham Əliyev Surangel Uipps ilə görüşüb - Fotolar
18-11-2024, 12:30
İlham Əliyev Millətlər Birliyi Təşkilatının Baş katibi ilə görüşüb
18-11-2024, 11:00
İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
18-11-2024, 10:05
COP29: Xəzər dənizinin ekoloji vəziyyəti müzakirə olunub
17-11-2024, 18:04
İlham Əliyev federasiya prezidentlərini qəbul edib
17-11-2024, 09:24
"Barselona" klubunun prezidenti Zəfər parkını ziyarət edib
17-11-2024, 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
16-11-2024, 22:38
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlib - Fotolar