Prezident Sabir Rüstəmxanlını “Şöhrət” ordeni ilə təltif edib
Tarix: 20-05-2021 16:24 | Bölmə: Gündəm
Prezident Sabir Rüstəmxanlını “Şöhrət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Sabir Xudu oğlu Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib.

S.Rüstəmxanlı Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, S.Rüstəmxanlı 1946-cı ilin mayın 20-də Yardımlı rayonunda anadan olub. Bu gün onun 75 yaşı tamam olur.

S.Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri və Milli Məclisin deputatıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}