Azərbaycanda daha 437 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib
Tarix: 20-05-2021 16:38 | Bölmə: Gündəm
Azərbaycanda daha 437 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 893 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 331 477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 318 502 nəfər müalicə olunaraq sağalıb, 4 828 nəfər vəfat edib. 8 147 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 569, bu günə qədər isə ümumilikdə 3 425 183 test icra olunub".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər