08:02 / 12-09-2025
Belçika Rusiya diplomatlarını xəbərdar edib
07:56 / 12-09-2025
Culfadakı yol qəzasında 4 nəfər ölüb
07:47 / 12-09-2025
Qarabağa daha iki köç karvanı yola salınıb
00:55 / 12-09-2025
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
00:39 / 12-09-2025
Rusiyada vergiləri artırmaq istəyirlər
00:35 / 12-09-2025
ABŞ-nın hərbi gəmisi İrana yaxınlaşır
00:28 / 12-09-2025
İki ölkə Polşaya döyüş təyyarələri göndərir
00:21 / 12-09-2025
Netanyahu: Fələstin dövləti olmayacaq
00:10 / 12-09-2025
Zelenski liderləri üçtərəfli sammitə çağırır
00:07 / 12-09-2025
Rusiya Ukrayna sərhədi yaxınlığındakı hava limanını açıb
00:04 / 12-09-2025
Tramp: Hücum etsəniz, sizi ovlayacağıq
00:02 / 12-09-2025
Zelenski Trampın xüsusi nümayəndəsi ilə görüşüb
23:47 / 11-09-2025
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
22:53 / 11-09-2025
Qubada güclü sel körpünü dağıdıb
22:29 / 11-09-2025
ABŞ husilərə ən böyük sanksiyasını tətbiq edib
18:03 / 11-09-2025
Lukaşenko: "Sülhün bərqərar olmasında Trampa kömək etməyə hazıram"
17:57 / 11-09-2025
"SOCAR Romania” rəsmisi haqda şok iddialar yayılıb
17:43 / 11-09-2025
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
17:27 / 11-09-2025
Gürcüstanın keçmiş müdafiə naziri həbs edilib
17:24 / 11-09-2025
İki NATO ölkəsi Rusiya və Belarusla sərhəddə səmanı bağlayıb
17:06 / 11-09-2025
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
17:04 / 11-09-2025
İsrail şirkəti: "Abşeronun su probleminin həlli üçün ən yaxşı texnologiyalar seçilir"
16:36 / 11-09-2025
Prezident İlham Əliyev sərəncam imzalayıb
16:26 / 11-09-2025
Sürücülük vəsiqəsi ilə bağlı yeni qərar verilib
16:23 / 11-09-2025
Zelenski: Polşaya hücum 2014-cü il Krım hadisələrinə bənzəyir
16:23 / 11-09-2025
Konstitusiya Məhkəməsinə Aparat rəhbəri təyin olunub
16:20 / 11-09-2025
ICESCO Nəsimi Festivalının tərəfdaşı olub
16:11 / 11-09-2025
"Qarabağ" klubu iki nigeriyalı futbolçu alıb
16:08 / 11-09-2025
Bu şəxslərə psixotrop maddələr pulsuz veriləcək - Qərar
15:48 / 11-09-2025
Belarusda 50-dən çox siyasi məhbus azadlığa buraxılıb
09:10 / 09-09-2025

18:05 / 07-09-2025

13:20 / 07-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

00:57 / 08-09-2025

15:20 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

Prezident İlham Əliyev Türkiyənin milli təhsil nazirini qəbul edib - Foto (Yenilənib)
Tarix: 27-05-2021 12:37 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edib.
Reyting.az xəbər verir ki, türkiyəli naziri salamlayan Prezident İlham Əliyev deyib:
- Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz çox uğurlu olacaq və əlaqələrimiz bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də daha sürətlə inkişaf edəcək.
Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Təhsil sahəsi də əməkdaşlığımızın önəmli bir hissəsidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün, əlbəttə ki, bu sahədə çox önəmli addımlar atılmalıdır və əslində atılır. Əminəm ki, sizin budəfəki səfəriniz çərçivəsində bir çox önəmli məsələlər müzakirə olunacaq və gələcək işbirliyimiz haqqında konkret planlar tərtib ediləcəkdir.
Bizim ölkəmizdə indi yeni dövr başlamışdır. İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır. Mən sizə azad olunmuş torpaqlarda Ermənistan tərəfindən törədilmiş dağıntılara həsr edilmiş kitabı da təqdim edəcəyəm. Görəcəksiniz ki, bizim torpaqlarımız nə qədər böyük dağıntılara məruz qalıb. İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıbdır.
Biz hazırda bu sahə ilə bağlı çox ciddi islahatlar aparırıq. Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir. Çünki, biz elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Hesab edirəm ki, bu məqsədlə müxtəlif tədbirlər - gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir. Əminəm ki, siz səfər çərçivəsində bu məsələləri öz həmkarınızla geniş müzakirə edəcəksiniz.
Bir daha xoş gəlmisiniz.
x x x
Türkiyənin milli təhsil naziri Ziya Selçuk deyib:
- Hörmətli cənab Prezident. Bizi qəbul etdiyiniz, vaxt ayırdığınız üçün çox təşəkkür edirik. Hörmətli Prezidentimizin, Türkiyə xalqının salamları ilə buraya gəldik və böyük bir sevinclə gəldik. Qarabağ Zəfərinin – tarixə yazılan bu Qarabağ Zəfərinin qəlbimizdəki sevinci ilə buradayıq. Min ildən sonra da Sizin adınız tarixdə uşaqlar tərəfindən tərənnüm ediləcək və uşaqlar Sizin adınızı, xalqın, şəhid olan əsgərlərimizin adını əzbər söyləyəcəklər, İnşallah. Bu, küçələrə çıxan bütün Türk vətəndaşlarının son dövrlərdə yaşadığı ən böyük sevincdir və biz çox xoşbəxtik.
Bununla yanaşı, bizim aramızdakı təhsil proqramları, təhsilin inkişafı, gələcəklə bağlı görüləcək işlərlə əlaqədar heç bir problem ola bilməz. Biz hamısını həll edərik. Mən bunların texniki tərəfləri ilə Sizi məşğul etmək istəmirəm. Həmkarım, dostumla birlikdə biz nə lazımdırsa, artıqlaması ilə edərik. Heç narahatlığınız olmasın. Sizin əmrləriniz bizim üçün kifayətdir. Bu çərçivədə peşə fəaliyyəti ilə bağlı imzaladığımız protokol da hazırda həyata keçirilir. Bu gün də onunla bağlı müzakirələri davam etdirəcəyik. Bizim əlaqələrimiz, münasibətimiz rəsmi münasibətdən də yüksək səviyyədə davam edir. Proseslərin, işlərin sürətləndirilməsi üçün nə lazımdırsa, birlikdə edirik.
Digər məsələlər də həll edilir. Xüsusilə, FETÖ məsələsində Sizin göstərdiyiniz qətiyyət, verdiyiniz dəstək bizim üçün çox mühümdür. O da bizə böyük xoşbəxtlik və sevinc verir. Bunun üçün çox şadıq. Bundan başqa, biz görülməli olan bütün iş və prosesləri qaydasına qoyacağıq, dostlarımızla birlikdə həll edəcəyik və sonra da Sizə məruzə edəcəyik, cənab Prezident. Heç narahat olmayın. Nə lazımdırsa, biz bu işlərin başındayıq, izindəyik, cənab Prezident.
Mən bizi qəbul etdiyiniz üçün bir daha təşəkkürlərimi və ehtiramımı bildirirəm.
Bölməyə aid digər xəbərlər

Dünən, 16:36
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dünən, 11:40
Nazir: 113 müəssisə ilə bağlı qərar veriləcək
10-09-2025, 15:44
Ali Məhkəmə dələduzluq halı ilə bağlı vahid qərar qəbul edib
10-09-2025, 15:11
Əli Əsədov yeni qərar imzalayıb
10-09-2025, 14:35
Qubadlı şəhərinin Baş planı təsdiqlənib
10-09-2025, 14:05
İlham Əliyev Yaradıcılıq Evinin açılışında iştirak edib - Fotolar
10-09-2025, 13:58
Əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
10-09-2025, 10:28
Azərbaycan Ordusunda praktiki məşğələlər keçirilib - Video
9-09-2025, 23:25
Rəsmi Bakı: "Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq"
9-09-2025, 17:01
Əli Əsədov Liman şəhərinin Baş planını təsdiqləyib
9-09-2025, 13:55
Bakıda çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir
9-09-2025, 13:25
Milli Məclisdə xüsusi iclas keçirilib - (Yenilənib)
8-09-2025, 16:02
Prezident Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqləyib - Fotolar
8-09-2025, 15:55
Prezident Sumqayıt Sənaye Parkı ilə bağlı fərman imzalayıb
8-09-2025, 15:43
Prezident Təşkilat Komitəsi yaradıb - Sərəncam
8-09-2025, 15:20
Xocalı və Ağdərəyə növbəti köç olub - (Yenilənib) - Fotolar
8-09-2025, 14:46
Rezidenturaya qeydiyyat prosesi başlayır
8-09-2025, 12:22
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv olunacaq
8-09-2025, 12:08
Azərbaycan prezidenti Qazaxıstana səfər edəcək
8-09-2025, 11:28
Prezident Qordana Silyanovska-Davkovaya məktub göndərib
5-09-2025, 13:01
Prezident yol tikintisinə 2 milyon manat ayrıb - Sərəncam
5-09-2025, 10:51
Rusiya AZAL-ın vurulan təyyarəsinə görə təzminat ödədiyini deyir
4-09-2025, 16:22
Prezident Bolqarıstandakı səfiri geri çağırıb - Sərəncam
4-09-2025, 15:35
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
4-09-2025, 11:55
Kolleclərə qəbul olanların qeydiyyat tarixi açıqlanıb
4-09-2025, 11:41
Bakıda erməniəsilli şəxslərin məhkəməsi davam edir
4-09-2025, 09:43
İstanbul-Səmərqənd təyyarəsi Bakıya məcburi eniş edib
4-09-2025, 08:16
Ərdoğan: Fələstinə qarşı cinayətlərə göz yummaq olmaz
3-09-2025, 19:50
Prezident İlham Əliyevin Çinə səfəri başa çatıb - Fotolar
3-09-2025, 17:18
Saxta domenlər bloklanıb
3-09-2025, 10:18
İlham Əliyevlə Şavkat Mirziyoyev Pekində görüşüblər - Video
3-09-2025, 10:00
İlham Əliyev Pekində dövlət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib - Video
3-09-2025, 07:29
Prezident və birinci xanım Qələbə paradını izləyiblər
2-09-2025, 16:28
Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib - Foto
2-09-2025, 12:02
İlham Əliyev Çin şirkətinin sədri ilə görüşüb - Fotolar
2-09-2025, 11:15
İlham Əliyev Tiencində vitse-prezidentlə görüşüb - Foto
1-09-2025, 17:27
Mehriban Əliyeva birinci xanımlarla gəmi gəzintisində iştirak edib - (Yenilənib) - Fotolar
1-09-2025, 15:59
İlham Əliyev "ŞƏT plyus" formatındakı görüşdə çıxış edib - Yenilənib
1-09-2025, 12:49
İlham Əliyevlə Nikol Paşinyan görüşüb
1-09-2025, 10:52
İlham Əliyev Maldiv prezidenti ilə görüşüb - (Yenilənib) - Foto
1-09-2025, 10:35
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
1-09-2025, 07:57
Türkiyə və Çin liderləri Orta Dəhlizi müzakirə ediblər