Vilfrid Zaha: "Bu gecə mənim üçün böyük gecədir"
Tarix: 04-10-2023 09:55 | Bölmə: İdman
Vilfrid Zaha: "Bu gecə mənim üçün böyük gecədir"

"Mançester Yunayted"ə ilk qolu vuran "Qalatasaray"lı Vilfrid Zaha qazandıqları (3-2) qələbədən danışıb.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, Fil Dişi Sahilinin futbolçusu həm vurduğu qola, həm də qələbəyə görə çox xoşbəxt olduğunu deyib: "Bu, mənim üçün arzunun gerçəkləşməsi deməkdir. Çempionlar Liqasında oynamaq və qol vurmaq möhtəşəmdir. Bu gecə mənim üçün böyük gecədir".

Futbolçu daha sonra deyib ki, geri düşsələr də, özlərini daha tez toparlayıblar: "Bu komandanın - "Qalatasaray"ın bir inancı var. Geri düşsək də, başımızı qaldırmalı olduğumuzu bilirdik. Qələbə üçün özümü çox xoşbəxt hiss edirəm".

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}