Baş məşqçi: “Qarabağ”a qalib gəlmək üçün bütün gücümüzlə oynamalıyıq”
Tarix: 04-10-2023 16:42 | Bölmə: İdman
Baş məşqçi: “Qarabağ”a qalib gəlmək üçün bütün gücümüzlə oynamalıyıq”

“Qarabağ”a qalib gəlmək üçün bütün gücümüzlə oynamalıyıq”.

Bunu İsveçin “Hakken” klubunun baş məşqçisi Per-Matias Höqme “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyunu barədə danışarkən deyib.

Mətbuat konfransında fikirlərini bildirən 63 yaşlı mütəxəssis Azərbaycan çempionunun güclü olduğunu söyləyib: “Qarabağ” öz meydanında “Molde”ni çox yaxşı oyunla məğlub etdi. Biz isə doğma arenamızda ilk matçımıza çıxacağıq. Rəqib uzun illərdir avrokuboklarda sabit çıxış edir. Buna baxmayaraq, özümüzü görüşə tam hazır sayırıq. Maraqlı mübarizə olacaq”.

Qeyd edək ki, oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}