“Beşiktaş” çalxalanır: Şenol Günəş istefa verib, klub prezidenti yol üstədir
Tarix: 06-10-2023 13:26 | Bölmə: İdman
“Beşiktaş” çalxalanır: Şenol Günəş istefa verib, klub prezidenti yol üstədir

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş istefa verib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, artıq istefa ərizəsini klub prezidentinə təqdim edib.

Baş məşqçi komandanın Konfrans Liqasında “Luqano”ya 3-2 hesablı məğlubiyyətinin səbəbini öz üzərinə götürüb və komandanın yeni "qan dəyişikliyi"nə ehtiyac olduğunu bildirib.

Məlumata görə, baş məqşçi ilə yanaşı, klub prezidenti Ahmet Nur Çebi də klub rəhbərliyindən getməyə hazırlaşır.

Artıq klub növbədənkənar qurultay qərarı verib. Ahməd Nur Çebi isə bu dəfə namizəd olmayacağını deyib.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}