Montellanın köməkçiləri bəlli olub - Türkiyə yığmasında yeni təyinatlar
Tarix: 06-10-2023 18:25 | Bölmə: İdman
Montellanın köməkçiləri bəlli olub - Türkiyə yığmasında yeni təyinatlar

Stefan Kuntzun istefaya göndərilməsindən sonra baş məşqçi təyin olunan Türkiyə yığma komandasının baş məşqçisi Vinçenso Montellanın köməkçiləri bəlli olub.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Vinçenso Montellanın köməkçiləri arasına "Fənərbağça"nın sabiq futbolçusu Səlçuk Şahin daxil edilib.

Məlumata görə, aktivfutbolçu karyerası ilə vidalaşan Selcuk Şahin buna qədər “Fənərbaxça” və “Başakşehir”in məşqçi heyətində yer alıb.

Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, Selcuk Şahinlə yanaşı, Montella ilə uzun illər bir yerdə işləyən Daniele Russo, Massimo Crivellaro, Okan Aydıner, Pierpaolo Polino, Vural Durmuşlə yanaşı, "Yukatel Adana Demirspor"dan Ozan Özerkan və "Eyüpspor"dan Emrah Karakovan qapıçılar üzrə baş məşqçinin köməkçiləri təyin olunublar.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}