"Beşiktaş"da "köhnə dəftər" açılır - Keçmiş prezident indikini ittiham edir
Tarix: 09-10-2023 12:16 | Bölmə: İdman
"Beşiktaş"da "köhnə dəftər" açılır - Keçmiş prezident indikini ittiham edir

"Beşiktaş"a prezident seçkisindən sonra klubun sabiq prezidenti Fikrət Orman "Sozcü TV"-yə gözlənilməz açıqlamalar verib.

Reyting.az
Türkiyə mətbuatına istinadla bildirir ki, F. Orman özündən sonra vəzifəyə gələn "Beşiktaş"ın prezidenti Əhməd Nur Çebini hədəfə alıb:

"Ahmet Nur Çebiyə göstərdiyim hörmət və etibara görə peşmanam. O, şəxsən mənə tələ qurub".

Keçmiş prezident rəhbərlik etdiyi dövrlərdə indiki prezidentin ona qarşı arxada etdiyi hərəkətləri sadalyaraq, onunla canlı yayımda üz-üzə gəlmək istədiyini deyib: "Mən Ahmet Nur Çebinin atasını çok sevərim, oğlu var, çox sevərim. Bu günə qədər utandım, amma mənim də övladlarım var. Bu gündən sonra nə cavab verərsə, mən də 5 qat arığını verəcəyəm. Ürəklidirsə, televiziyaya çıxaq. Sənədləri, şahidlərini alsın, çıxaq. Mən hazırım, çəkindiyim bir şey yoxdur".

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}