Türkiyə millisinin baş məşqçisi: "Ən kədərlisi odur ki, daha bir qolu vura bilmədik"
Tarix: 13-10-2023 09:40 | Bölmə: İdman
Türkiyə millisinin baş məşqçisi: "Ən kədərlisi odur ki, daha bir qolu vura bilmədik"

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Xorvatiyaya 1-0 hesablı qələbədən sonra açıqlamalar verib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Xorvatiyanın ilk dəfə öz meydanında uduzduğunu xatırladaraq, böyük və tarixi qələbə qazandıqılarını söyləyib:

"Matçdan əvvəl demişdim ki, Barışın (qolun müəllifi - red.) sürətindən istifadə edəcəyik, onların iki müdafiəçisi ona yetişə bilməyəcək. Allaha şükürlər olsun ki, belə bir halla rastlaşdıq. Əslində çətin oyun oldu. Xorvatiya heç vaxt öz meydanında uduzmamışdı. Biz ilk dəfədir ki, onlara doğma meydanlarında qalib gəlirik. Sona qədər mübarizə aparan komandamız var idi. Bu ruhu meydandan kənarda da göstərdik. Milli Komandanın ailəsinə də təşəkkür edirəm. Gəldiyim ilk gündən bizə dəstək oldular".

İlk oyununda meydandan qalib ayrılan baş məşqçi deyib ki, daha bir qo vura bilərdilər:

"Ən kədərlisi odur ki, ilk hissədə daha bir qol vurmaq imkanımız oldu. O qolu vura bilmədiyimiz üzücü oldu, amma futbolçularımın hamısı ilə fəxr edirəm. Meydanda komanda ruhu vardı. Hamısı çox yaxşı idi. Hamı çox yüksək səviyyədə çıxış etdi".

Montella bazar günü oynanacaq Latviya matçı haqda da danışıb: "Təcrübəmə görə, növbəti matçın ən çətin matç olduğunu düşünürəm. Qrupun sonuncusu ilə oynayırsınız, tamamilə fərqli oyuna hazırlaşmalıyıq".

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}