Montella: "Türkiyənin baş məşqçisi olmaqdan qürur duyuram"
Tarix: 16-10-2023 10:55 | Bölmə: İdman
Montella: "Türkiyənin baş məşqçisi olmaqdan qürur duyuram"

Türkiyə yığmasının baş məşqçisi Vinçenzo Montella Latviya komandası üzərində 4:0 hesablı qələbədən sonra açıqlama verib.

Reyting.az
Türkiyə mətbuatına istinadla bildirir ki, italiyalı məşqçi Avropa çempionatının hədəflərindən danışaraq, oyuna ən yaxşı şəkildə hazırlaşacaqlarını deyib:

"Türkiyənin baş məşqçisi olmaqdan qürur duyuram. Futbolçularımız bu həftə mənə həyatımın ən böyük hədiyyəsini verdilər. Onların məşqçisi olmaq böyük şərəfdir. Bu qələbəyə sevinirəm. Almaniyaya getmək də məni hədsiz qürurlandırır. İndi birincilik üçün mübarizə apara bilərik. AVRO-2024-də əlimizdən gələnin ən yaxşısı üçün hazırlaşacağıq".

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}