18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Məşqçi: "Ardanın potensialı Messidən yüksəkdir"
Tarix: 20-10-2023 10:46 | Bölmə: İdman
Məşqçi: "Ardanın potensialı Messidən yüksəkdir"

"Real"a transfer olunan Arda Gülərin "Gençlerbirliyi"ndəki ilk məşqçisi Erol Tokgözlər maraqlı açıqllamalar verib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tokgözler Ardanın topla münasibətini, zəkasını və istedadını önə çəkərək, "Ardanın potensialı Messidən yüksəkdir" deyib.

Ardanın kumirinin "Fənərbağça"nın brazilyalı keçmiş futbolçsu Aleks de Souza olduğunu bildirən Tokgözlər Ardanın meydandakı hər vəziyyət üçün 5 fərqli ssenarisi olduğunu və bu səbəbdən müdafiəçilərin ona mane ola bilməyəcəyini qeyd edib: "Ardanı ilk görəndə boyu 1.55-dən yuxarı deyildi, amma topla inanılmaz işlər görürdü, çox ağıllı idi. O yaşda onun qədər istedadlı birini görməmişdim. "Real Madrid"də oynamağa başlayanda hamı onun necə qeyri-adi olduğunu görəcək. Məni ən çox təəccübləndirən onun topla münasibəti oldu. O, topu bədəninin bir orqanı kimi, üçüncü ayağı kimi istifadə edirdi. Onun nə edəcəyini heç vaxt təxmin edə bilməzsən, o, gözlənilməz oyunçudur. Ardanın kumiri Aleks de Souzadır. Onunla bağlı hər şeyi izləyir və meydanda onun kimi oynamağa çalışırdı. Alex Ardanın qəhrəmanı idi".

Məşqçi son olaraq Ardanı Messi ilə müqayisə edərək, "Messi indiyə qədər gördüyüm ən böyük oyunçudur. Arda daha uşaqdır. Bununla belə, potensiallardan danışsaq, düşünürəm ki, Ardanın potensialı Messidən yüksəkdir".

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}