18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Argentinalı dünya çempionu futboldan uzaqlaşdırılıb
Tarix: 20-10-2023 16:54 | Bölmə: İdman
Argentinalı dünya çempionu futboldan uzaqlaşdırılıb

İtaliyanın "Montsa" klubunun və Argentina millisinin futbolçusu Papu Qomes iki il müddətinə futboldan uzaqlaşdırılıb.

"Relevo" nəşri xəbər verir ki, 35 yaşlı vinger dopinq qəbul etdiyi üçün cəzalandırılıb.

Qadağan olunmuş maddə 2022-ci ilin noyabrında, Qətərdəki dünya çempionatının başlamasına bir neçə gün qalmış qəbul olunub. O, həmin vaxt İspaniyanın "Sevilya" klubunda çıxış edib.

Qomes testdən bir neçə gün əvvəl özünü pis hiss etdiyini bildirib və uşaqlarından birinin öskürəyə qarşı sirop içib.

Qeyd edək ki, Papu Qomes 2022-ci ildə Argentina ilə dünya çempionu olub. O, cari mövsüm "Montsa"nın heyətində iki oyun keçirib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}