18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
"Şaxtyor" Rusiyaya qaçan futbolçu ilə müqaviləyə xitam verib
Tarix: 23-10-2023 13:17 | Bölmə: İdman
"Şaxtyor" Rusiyaya qaçan futbolçu ilə müqaviləyə xitam verib

Ukraynanın "Şaxtyor" klubu Rusiyaya qaçan futbolçu Aleksandr Rasputko ilə müqaviləni pozub.

Reyting.az
xəbər verir ki, bu barədə futbol klubu məlumat yayıb.

Klubun açıqlamasında bildirilir ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirməkdən faktiki olaraq imtina etməsi səbəbindən “Şaxtyor” futbolçu Aleksandr Rasputko ilə müqaviləni ləğv edib.

Oktyabrın 13-də məlum olub ki, Rasputkon oktyabrın 4-də Belçikada UEFA Gənclər Liqası oyunundan sonra hava limanında yoxa çıxıb. Bildirilib ki, Qorlovkada (DXR) anadan olan futbolçu Rusiyayönlü mövqeyinə görə klubu tərk edə bilər ki, bu da digər komanda oyunçuları ilə münaqişələrə səbəb olub.

İdmançının atası Yuri Rasputko futbolçunun Rusiyada daha təhlükəsiz olacağını bildirib: “Siyasi sığınacaq istəməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Oğlum bunu istəmədi. O, sadəcə, Rusiya pasportu üçün müraciət edəcək”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}