Futbolçu ilə müqaviləni 2028-ci ilə qədər uzatmaq istəyirlər
Tarix: 31-10-2023 13:20 | Bölmə: İdman
Futbolçu ilə müqaviləni 2028-ci ilə qədər uzatmaq istəyirlər

"Yuventus" komandasının rəhbərliyi yarımmüdafiəçi Nikolo Faqioli ilə əmək müqaviləsini 2028-ci ilə qədər uzatmaq niyyətindədir.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu jurnalist Fabrizio Romano bildirib.

Qeyd olunur ki, klub futbolçuya qumar oynadığına görə 7 aylıq diskvalifikasiya ilə bağlı hərtərəfli dəstək göstərir. Eyni zamanda, futbolçunun maaşını da artırmağı planlaşdırırlar.

Xatırladaq ki, Faqioli 2022-ci ildə “Cremonese”dən "Yuventus"a keçib. 22 yaşlı yarımmüdafiəçi bu müddət ərzində 45 oyunda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə verib. Faqiolinin hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.

“Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər