18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Millətlər Liqası: millimiz qələbə qazanıb
Tarix: 31-10-2023 17:58 | Bölmə: İdman
Millətlər Liqası: millimiz qələbə qazanıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti qələbəsini qazanıb.

Məlumata görə, C Liqasının III qrupunda yer alan Siyasət Əsgərovun yetirmələri “Dalğa Arena”da Monteneqronu 3:0 hesabı ilə məğlub ediblər.

Ukraynalı hakim Anastasiya Romanyukun idarə etdiyi görüşdə yığmanın qollarını 58-ci dəqiqədə Manə Mollayeva, 62-ci dəqiqədə Nazlıcan Parlak, 84-cü dəqiqədə isə Ayşən Əhmədova vurublar.

Qeyd edək ki, Azərbaycan millisi IV turdan sonra 10 xalla qrup lideridir. İkinci pillədəki Monteneqronun hesabında 6 xal var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}