18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Braziliyalı futbolçu güllələnərək öldürülüb
Tarix: 01-11-2023 17:40 | Bölmə: İdman
Braziliyalı futbolçu güllələnərək öldürülüb

Braziliyalı futbolçu Felipe Dioqo güllələnərək öldürülüb.

Reyting.az
Report-a istiandla xəbər verir ki, hadisə 21 yaşlı hücumçunun bağ evində baş verib.

C seriyasında çıxış edən “San Bernardo” klubunun forvardı mövsüm başa çatdıqdan sonra istirahət etmək üçün doğulduğu Ribeyrao-Pretoya gedib. Lakin orada bir qrup şəxs tərəfindən hücuma məruz qalan oyunçu güllə yaraları alıb.

Gənc futbolçu xəstəxanaya aparılsa da, həkimlərin müdaxiləsi nəticə verməyib.

Qeyd edək ki, Felipe Dioqo “Kruzeyro”, “Botafoqo” və “Avai” klublarının aşağı yaş qruplarında oynayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}