18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
“Neftçi”nin avtobusu qəzaya düşüb
Tarix: 03-11-2023 17:39 | Bölmə: İdman
“Neftçi”nin avtobusu qəzaya düşüb

“Neftçi”nin əsas komandasını daşıyan avtobus bu gün Qəbələyə yola düşərkən qəzaya düşüb.

Reyting.az
xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, hadisə Bayıl qəsəbəsində qara rəngli “Hyundai” markalı avtomobilin ehtiyatsızlığı səbəbindən baş verib. Xoşbəxtlikdən hər iki tərəfdə xəsarət alan olmayıb.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının XII turunda Qəbələnin qonağı olacaq. Noyabrın 5-də keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}