18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
"Beşiktaş" "Antalyaspor"la oyuna itkilərlə çıxacaq
Tarix: 04-11-2023 13:25 | Bölmə: İdman
"Beşiktaş" "Antalyaspor"la oyuna itkilərlə çıxacaq

Trendyol Super Liqasının 11-ci həftəsində "Beşiktaş" sabah səfərdə "Biteksen Antalyaspor"la qarşılaşacaq.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Corendon Airlines Park"da oynanılacaq və saat 19.00-da başlayacaq qarşılaşmanı Yaşar Kamal Uğurlu idarə edəcək.

Məlumata görə, "Beşiktaş"ın "Qaziantep FK" ilə matçında zədələnən Raşid Gezzaldan başqa, müalicəsi davam edən Daniel Amartey, Omar Colley və Artur Masuakunun "Antalyaspor" matçında yer almayacaq. Vincent Abubakarın durumuna isə oyun günü həkimlər qərar verəcək.

Onu da qeyd edək ki, son 10 həftəni 6 qələbə, 1 heç-heçə və 3 məğlubiyyətlə 19 xal toplayaraq tamamlayan "Beşiktaş" hazırda liqada 4-cü pillədə qərarlaşıb. 3 qələbə və heç-heçə ilə yanaşı, 4 məğlubiyyəti olan "Antalyaspor" isə 12 xalla 12-ci pillədə qərarlaşıb.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}