18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Azərbaycan cüdoçusu Avropa çempionatında finala vəsiqə qazanıb
Tarix: 05-11-2023 18:25 | Bölmə: İdman
Azərbaycan cüdoçusu Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatının son günündə finala vəsiqə qazanıb.

Məlumata görə, 100 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış edən Matvey Kanikovskiyə qalib gəlib.

Z.Kotsoyev həlledici görüşdə gürcüstanlı İlya Sulamanidze ilə qarşılaşacaq.

Millimizin digər üzvləri Murad Fətiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) isə medalsız qalıblar.

Qeyd edək ki, Avropa çempionatına 11 cüdoçu ilə yollanan Azərbaycan millisinin heyətində hələlik yalnız Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}