18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Bakı metropoliteni futbola görə iş qrafikini dəyişir
Tarix: 06-11-2023 19:11 | Bölmə: İdman
Bakı metropoliteni futbola görə iş qrafikini dəyişir

Bakı metropoliteni noyabrın 9-dan 10-na keçən gecə saat 01:00-a qədər fəaliyyət göstərəcək.

Reyting.az
xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin metropolitenin iş rejimində dəyişiklik etməsinə səbəb Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”-“Bayer” qarşılaşmasının gec başlamasıdır.

Qeyd edək ki, bununla əlaqədar Ağdam təmsilçisinin “Bakı Metropoliteni” QSC-yə müraciəti nəzərə alınıb.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” (Almaniya) oyunu saat 21:45-də başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}