18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
"Qalatasaray" "Bavariya" matçına hazırlığı bitirib
Tarix: 07-11-2023 14:05 | Bölmə: İdman
"Qalatasaray" "Bavariya" matçına hazırlığı bitirib

"Qalatasaray" Çempionlar Liqasında sabah Almaniya təmsilçisi "Bavariya" ilə səfər matçının hazırlıqlarını tamamlayıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Florya Metin Oktay bazasında keçirilən son məşqin ilk 15 dəqiqəsi mətbuata açıq olub.

Baş məşqçi Okan Burukun rəhbərliyi altında keçirilən məşq isinmə hərəkətləri ilə başlayıb.

Məşqin mətbuata qapalı hissəsində “Bavariya” matçının taktiki məşqinin aparıldığı bildirilib.

"Kasımpaşa" matçında aldığı zərbədən sonra sol dirsək oynağında çıxıq olan və müalicəsi davam edən uruqvaylı qapıçı Fernando Muslera məşqə qatılıb. Qeyd olunub ki, sağlamlıq qrupu Musleranın vəziyyətini izləyir və onun meydana çıxıb-çıxmayacağına matç zamanı qərar veriləcək.

Topuğundan zədə almasına baxmayaraq, matçlarda iynə ilə forma geyinən Mauro İkardi müalicəsindən sonra zalda fərdi məşqlərini davam etdirib.

Hazırlıqlarını tamamlayan "Qalatasaray" sabah saat 23.00-da Allianz Arenada keçiriləcək matç üçün axşam saatlarında Almaniyaya gedəcək.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}