18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Gənclər Liqası: "Qəbələ" uduzub
Tarix: 08-11-2023 18:48 | Bölmə: İdman
Gənclər Liqası: "Qəbələ" uduzub

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Məlumata görə, “qırmızı-qaralar” II təsnifat mərhələsində ilk matçına çıxıb.

Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Yunanıstan klubu “Olimpiakos”u qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər arasında cavab görüşü noyabrın 29-da Yunanıstanda keçiriləcək.

Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}