18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Avropa Liqası: “Qarabağ” “Bayer 04”ə məğlub olub
Tarix: 09-11-2023 23:44 | Bölmə: İdman
Avropa Liqası: “Qarabağ” “Bayer 04”ə məğlub olub

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Məlumata görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Almaniyanın “Bayer 04” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. “Qarabağ” güclü rəqibi ilə başabaş mübarizə apardığı matçın yalnız 90+4-cü dəqiqəsində qol buraxıb. İngiltərəli baş hakim Kreyq Pousonun təyin etdiyi penaltini Viktor Bonifeys dəqiq yerinə yetirərək, komandasına 1:0 hesablı qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 12-yə çatdıran “Bayer 04” növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda növbəti matçını noyabrın 30-da Norveçdə yerli “Molde”yə qarşı keçirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}